Parad Rusiyanı ifşa etdi: niyə 5 ildir bacarmır?
Parad Rusiyanı ifşa etdi: niyə 5 ildir bacarmır?
Moskvada keçirilən son 9 May paradı əvvəlki illərlə müqayisədə olduqca zəif və sönük təsir bağışladı. Parad zamanı ağır texnikanın azlığı və nümayiş etdirilən silahların məhdudluğu Rusiyanın hazırkı hərbi vəziyyəti ilə bağlı ciddi suallar yaradır.
Bu sözləri Axar.az Yeni info.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
Ekspert bildirib ki, Kreml illərdir “Sarmat”, “Oreşnik” və “Poseydon” kimi layihələri gündəmə gətirsə də, onların real nəticələri görünmür:
“Əgər Rusiyanın kifayət qədər güclü hərbi potensialı varsa, beş ildir davam edən müharibədə niyə ciddi nəticə əldə olunmayıb? Uzunmüddətli müharibə və sanksiyalar Rusiyanı iqtisadi və hərbi baxımdan zəiflədib. Artıq ehtiyat fondlarına belə toxunulmağa başlanıb və bu səbəbdən Kremlin gec-tez danışıqlara getməsi qaçılmazdır”.
Ü.Cəfərovun sözlərinə görə, Ukrayna müharibəsi klassik savaş modelini tamamilə dəyişib:
“Əvvəllər əsas güc tanklar və artilleriya hesab olunurdusa, indi müharibələrin taleyini dronlar, yüksək texnologiyalar və raket sistemləri müəyyənləşdirir. Hətta video-oyun bacarığı olan şəxslərin də dron operatoru kimi hazırlanması artıq yeni müharibə modelinin göstəricisidir.
Süni intellekt və avtonom dron texnologiyaları gələcəyin savaşlarının əsas istiqamətlərindən birinə çevrilir. Bir çox ölkə artıq müharibələri insan itkisini minimuma endirəcək texnoloji sistemlər üzərində qurmağa çalışır. XXI əsrin müharibələri böyük ölçüdə dronlar və süni intellekt üzərində formalaşır”.







Oxşar -Yeniinfo.az
Uitkoff və Kuşner yenidən Rusiyaya gedəcək
Şahbaz Şərif ABŞ-İran sazişinin razılaşdırıldığını təsdiqlədi
İran-ABŞ sülh sazişini bu rəsmilər imzalayacaqlar
Əmr verildi, İranın raketləri hazır vəziyyətdə..
İranın bütün nüvə yanacağı nəzarətimizdə olacaq - Heqset
ABŞ-la İran sülh sazişini razılaşdırdı - Təcili
Tramp da tarixi razılaşmanı elan etdi
Trampla razılaşdıq, yaxın vaxtda görüşəcəyik - Zelenski