Parisdə görüşənədək
Parisdə görüşənədək
Dekabrın 13-də ABŞ rəsmiləri Donald Trampın “sülh planı”nı müzakirə etmək üçün Ukrayna, Fransa, Almaniya və Böyük Britaniyanın yüksək səviyyəli nümayəndələri ilə Parisdə görüşəcək.
Bu barədə Qərb mətbuatı Ağ Ev sözçüsünə və Ukrayna rəsmisinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Parisdəki görüş çərşənbə günü Tramp və Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Böyük Britaniyanın baş naziri Keir Starmer arasında telefon danışığından sonra baş tutacaq.
"Ukrayna, Almaniya, Fransa və Birləşmiş Krallıq görüşdə milli təhlükəsizlik müşavirləri ilə təmsil olunsa da, Trampın milli təhlükəsizlik müşaviri olan dövlət katibi Marko Rubionun iştirak edib-etməyəcəyi bəlli deyil", - deyə mətbuat qeyd edir.
Xatırladaq ki, Ukrayna Vaşinqtona yenilənmiş "sülh planı" təqdim edib. Məlumata görə, planda Rusiyanın nəzarəti altında olan Zaporojye Atom Elektrik Stansiyası da daxil olmaqla mübahisəli ərazi məsələlərinin həlli üçün yeni ideyalar var.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək