Parisdə Janna d'Arkın heykəlindən qılınc oğurlanıb
Parisdə Janna d'Arkın heykəlindən qılınc oğurlanıb
Parisin VIII rayonunda Fransanın milli qəhrəmanı Janna d'Arkın heykəlindən qılınc oğurlayan kişi polis tərəfindən saxlanılıb.
Bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
Adı açıqlanmayan şəxs Sen-Avqustin meydanının mərkəzindəki heykələ dırmanıb və at belində oturan döyüşçünün əlindən qılıncı alıb. Kişi əlində qılıncla yaxınlıqdakı küçəyə qaçıb və orada polis tərəfindən saxlanılıb.
Oğrunun motivləri və məqsədi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Janna d'Arkın atlı heykəli 19-cu əsrin ikinci yarısında fransız heykəltəraşı Pol Dübua tərəfindən yaradılıb.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək