“PAŞA Holding”in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnvestisiya Forumu qlobal özəl kapital liderlərini bir araya gətirib
“PAŞA Holding”in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnvestisiya Forumu qlobal özəl kapital liderlərini bir araya gətirib
“PAŞA Holding” və Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) tərəfindən birgə təşkil olunan ilk “INMerge İnvestisiya Forum”u 28 sentyabr tarixində Bakıda uğurla keçirilib və bununla da, Mərkəzi Avrasiya ilə Yaxın Şərqdə sərhədlərarası investisiya dialoqu üçün yeni platforma yaranıb.
Forumda 18 ölkədən 90-dan çox təşkilatı təmsil edən 160-dan artıq iştirakçı ümumilikdə 4 trilyon ABŞ dolları dəyərində idarə olunan aktivlərlə (AUM) bir araya gəlib. İştirakçılar arasında aparıcı məhdud tərəfdaşlar, ümumi tərəfdaşlar, eləcə də, "CCA", "CEE", "GCC" və "SEA" regionlarından olan siyasətçilər yer alıb.
Yüksək təsirli və diqqətlə seçilmiş proqrama uyğun keçirilən forumun məqsədi regionun qlobal özəl kapital bazarındakı rolunu gücləndirmək və Azərbaycanın etibarlı qapı kimi rolunu möhkəmləndirməkdir.
Gündəliyin əsas mövzuları:
• Qlobal investisiya meyillərində Mərkəzi Avrasiyanın rolu;
• Məhdud tərəfdaşlara dair mandatının transformasiyası – ənənəvi aktivlərdən alternativlərə keçid;
• Yüksək nəticə göstərən fondun qurulmasından öyrənilən dərslər.
Forumun tərəfdaşları sırasında Azərbaycan İnvestisiya Holdinqi (AIH), İslam İnkişaf Bankı (IDB), "PASHA Investments" və "Tenity" yer alıb.
Forum Bakının aparıcı investisiya tədbirləri məkanı kimi mövqelənməsi üçün zəmin yaradıb. Bu baxımdan, forumun gələcəkdə daha geniş miqyasda inkişaf etdirilməsi planlaşdırılır.







Oxşar -Yeniinfo.az
Azərbaycanda gömrüklə bağlı daha bir YENİLİK
Bibiheybət yolunda bərpa işləri aparılır
Əsl təbii şokoladla saxtanı necə ayırd edək?
Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar
Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü
Xəzər dənizi üzərində 9 PUA vuruldu
Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?