Paşinyan Aİ və Aİİ arasında uyğunsuzluq görmür
Paşinyan Aİ və Aİİ arasında uyğunsuzluq görmür
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Hamburqdan Moskvaya Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün yola düşəcək.
Paşinyan Almaniyada rəsmi səfərdə olub və səfər çərçivəsində Almaniya rəhbərliyi ilə görüşlər keçirib.
Baş nazirə Avropa İttifaqı (Aİ) ilə münasibətlərin dərinləşməsi ilə Aİİ strukturlarında iştirakın uyğun olub-olmaması barədə sual ünvanlanıb. Paşinyan bunun arasında ziddiyyət görmədiyini deyib:
"Biz Aİ ilə münasibətləri dərinləşdiririk və buradan Moskvaya uçuram. Burada uyğunsuzluq varmı? Aydındır ki, yoxdur, çünki hər iki proses real şəkildə baş verir. Əgər nə vaxtsa bu proseslərin uyğunsuzluğu açıq şəkildə üzə çıxarsa, onda hansı qərarı verəcəyimiz barədə düşünəcəyik".
Qeyd edək ki, Avrasiya Hökumətlərarası Şurasının iclası dekabrın 11-də Moskvada keçiriləcək.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək