Paşinyan da mənimlə eyni fikirdədir - İlham Əliyev
Paşinyan da mənimlə eyni fikirdədir - İlham Əliyev
Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərində olan məhdudiyyətləri aradan qaldırdı.
Bu sözləri Prezident İlham Əliyev Münhendə "France 24" telekanalının müxbirinə müsahibəsində deyib.
"Biz, həmçinin Ermənistana vacib neft məhsullarını təchiz etməyə başladıq və bununla da bizim ticari münasibətlərimiz başladı. Beləliklə, görə bilərik ki, artıq sülhə nail olunub. Yekun sülh sazişini imzalamaq üçün müəyyən formal xarakter daşıyan məsələlər var. Lakin qeyd etdiyiniz bəyannamə ilə yanaşı, hər iki ölkənin xarici işlər naziri Vaşinqtonda sülh sazişinin mətnini də parafladılar. Beləliklə, mənim üçün bu, artıq bitmiş işdir. Hesab edirəm ki, Ermənistanın baş naziri də mənimlə eyni fikirdədir. Biz elə indi sülh şəraitində yaşamağı öyrənirik və bu, çox yaxşı bir hissdir", - İlham Əliyev qeyd edib.







Oxşar -Yeniinfo.az
Bu şəhərimizdə əsrlər sonra ilk məscid tikiləcək
İlham Əliyev Gürcüstan Prezidenti ilə təkbətək görüşüb
Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY
Bu əraziyə 1 metr 24 sm qar yağdı
Yağış nə vaxta kimi davam edəcək?
Prezident və xanımı Gürcüstana getdi
Azərbaycanda 3 liman bağlandı
Qusarda sel elektrik dirəklərini dağıtdı