Paşinyan: "Ermənistan öz ərazisindən yük tranzitinə icazə verməyə hazırdır"
Paşinyan: "Ermənistan öz ərazisindən yük tranzitinə icazə verməyə hazırdır"
"Azərbaycanla sülh Ermənistan, Azərbaycan, Cənubi Qafqaz və Aİ üçün faydalıdır".
Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Almaniyada Kansler Fridrix Mertslə görüşü zamanı bildirib.
Paşinyan Türkiyə ilə normallaşma məsələsinə də toxunub.
"Ümid edirəm və əminəm ki, biz Ermənistan-Türkiyə sərhədinin açılmasına nail olacağıq. Bu da Aİ ilə, o cümlədən Almaniya ilə birbaşa əlaqə deməkdir".
Baş nazir Almaniya Xarici Siyasət Cəmiyyətində keçirilən panel müzakirəsində də regional mövzulardan danışıb. O, Azərbaycanın öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını xatırladıb.
"Mən Azərbaycan Prezidentinin bu qərarını və bəyanatını yüksək qiymətləndirirəm, çünki bu, çox vacib və müsbət bir prosesdir. Cəmi bir neçə ay əvvəl qeyri-mümkün görünən hadisə indi reallığa çevrilib: Qazaxıstandan Ermənistana dəmir yolu ilə Azərbaycan və Gürcüstan vasitəsilə taxıl daşınıb", - deyə baş nazir bildirib və bunun müstəqil Ermənistan tarixində görünməmiş bir hadisə olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan həm siyasi, həm də texniki cəhətdən yolları açmağa və elə bu gün Türkiyə ilə Azərbaycan arasında öz ərazisindən yük tranzitinə icazə verməyə hazırdır.
"Əminəm ki, sülhün bərqərar olması üçün gündəlik çalışmaqla, Vaşinqton Bəyannaməsinin mətninə və ruhuna riayət etməklə və bu prosesi poza biləcək məqamları rədd etməklə Ermənistan və Azərbaycan hökumətləri iki ölkə arasında davamlı sülhü təsis edə biləcəklər", - Paşinyan bildirib.
O, vurğulayıb ki, Tramp Marşrutu (TRIPP) layihəsi Orta dəhlizin vacib bir komponentinə çevrilmək, Avropa, Cənubi Qafqaz və Orta Asiya arasında maneəsiz ünsiyyəti təmin etmək üçün hər cür şansa malikdir.







Oxşar -Yeniinfo.az
Ukrayna qoşunları beş kəndi azad etdi
Yer kürəsi yavaşlayır, günlər uzanır
İran İraqa qaz tədarükünü bərpa edəcəkmi?
Hərəkətsizlik xərçəng riskini artırırmı?
Putin Zaporojye AES-lə bağlı mövqeyini elan etdi
Meloninin xəbərdarlığı: 2026-da bizi nə gözləyir?
Yaponiya Nazirlər Kabineti rekord müdafiə xərcləri olan büdcə layihəsini təsdiqləyib
KİV: Kaliforniyada əlverişsiz hava şəraiti səbəbindən üç nəfər ölüb