Paşinyan zala niyə Azərbaycan musiqisinin sədaları altında daxil oldu?
Paşinyan zala niyə Azərbaycan musiqisinin sədaları altında daxil oldu?
Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Çində rəsmi qəbulda iştirak ediblər. Görüş zamanı yaşanan musiqili məqam sonradan maraqlı müzakirələrə səbəb olub.
Paşinyan özünün "Facebook" səhifəsində həmin görüşün kadrlarını yayıb. Videoda Paşinyanla Akopyan Çin Sədri Si Cinpin və həyat yoldaşı ilə görüş zalına daxil olarkən Azərbaycan musiqisi səslənir. Mütəxəssislərin rəyinə görə, səslənən ifa Azərbaycanın dünyaşöhrətli müğənnisi Rəşid Behbudovun mahnılarından biridir.
Maraqlıdır ki, musiqi cəmi bir neçə saniyə sonra dayandırılıb. Paşinyanın paylaşımından sonra sosial şəbəkələrin Azərbaycan seqmentində görüntülər böyük maraqla qarşılanıb. İstifadəçilər Paşinyanın zalda məhz Azərbaycan musiqisi ilə qarşılanmasını təsadüfi saymayaraq, bunu simvolik bir məqam kimi dəyərləndiriblər.
Beləliklə, Çində baş tutan rəsmi qəbulun ən çox danışılan tərəfi Paşinyanın özü ilə yanaşı, arxa planda səslənən Azərbaycan musiqisi olub.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"