Pentaqon hərəkətə keçdi: Regionda hərbi hazırlıq artır
Pentaqon hərəkətə keçdi: Regionda hərbi hazırlıq artır
İrandan genişmiqyaslı cavab zərbəsi ehtimalı fonunda ABŞ hava hücumundan müdafiə sistemlərini gücləndirir.
Bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Qəzetin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp İrana qarşı "qətiyyətli zərbə" əmri verərsə, bu, İran İslam Respublikasının adekvat cavabı ilə nəticələnə bilər. Bu halda İsraili, ABŞ-nin regiondakı müttəfiqlərini və Amerika qoşunlarını qorumaq üçün əlavə hava hücumundan müdafiə imkanlarına ehtiyac yaranacaq.
Məlumata əsasən, Pentaqon "THAAD" raketdən müdafiə sisteminin, eləcə də ABŞ qoşunlarının yerləşdiyi bazalarda bir neçə "Patriot" hava hücumundan müdafiə kompleksinin yerləşdirilməsi üzərində işləyir.
Nəşr ABŞ administrasiyasındakı rəsmilərə istinadən bildirir ki, Vaşinqtonun yaxın vaxtlarda İrana zərbə endirməsi ehtimalı aşağı qiymətləndirilir.
Lakin qəzet vurğulayır ki, əgər prezident bu gün hücum əmri versə, ABŞ ordusu İrana məhdud zərbələr endirmək imkanına malikdir. Eyni zamanda qeyd olunur ki, prezident hələlik İrana qarşı güc tətbiq edib-etməyəcəyi və bunu hansı formada həyata keçirəcəyi ilə bağlı rəsmi mövqe açıqlamayıb.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq