Pentaqon Maskın süni intellekt şirkətindən hərbi məqsədlər üçün istifadə edəcək
Pentaqon Maskın süni intellekt şirkətindən hərbi məqsədlər üçün istifadə edəcək
Amerikalı sahibkar İlon Maskın Süni İntellekt (Sİ) şirkəti olan "xAI" "Grok" neyron şəbəkəsini məxfi hərbi sistemlərə inteqrasiya etmək üçün Pentaqonla müqavilə imzalayıb.
Bu barədə "Axios" məlumat yayıb.
Məlumata görə, rəqiblərindən fərqli olaraq, Maskın şirkəti Pentaqonun Sİ-ni etik normalar daxilində məhdudlaşdırılmadan istənilən qanuni məqsədlər üçün istifadə etmək tələbi ilə razılaşıb.
Bu, modelin kütləvi izləmə və tam avtonom silahların işlənib hazırlanması tətbiqinə yol açır.
Əvvəllər hərbi seqmentdə istifadə edilən yeganə Sİ "Anthropic" şirkətinin "Claude" modeli olub. Lakin sözügedən şirkət proqram təminatının qeyri-etik məqsədlər üçün istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaqdan imtina edib. Bu səbəbdən şirkətin Pentaqonla danışıqları baş tutmayıb.
Məlumata görə, ABŞ Hərb Nazirliyi hazırda "Google" və "OpenAI" ilə danışıqlar aparır.
Qeyd olunur ki, "Google"-nin "Gemini" modelinin məxfi istifadəsi üçün tərəflər razılığa yaxındır.
"Axios" iddia edir ki, ABŞ Administrasiyası bütün süni intellekt şirkətlərindən onların standartlarının qeyd-şərtsiz qəbul olunmasını tələb edir. "OpenAI" rəhbərliyinin məsələ ilə bağlı hansı addımı atacağı bəlli deyil.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi