Pentaqon "Patriot" raketlərinin istehsalını üç dəfə artırır
Pentaqon "Patriot" raketlərinin istehsalını üç dəfə artırır
Pentaqon "Lockheed Martin" şirkəti ilə çərçivə sazişinin imzalandığını açıqlayıb.
Nazirlik bu sənədi tarixi adlandırıb.
Razılaşma sursat istehsalının və tədarükünün əhəmiyyətli dərəcədə artırılmasına yönəlmiş yeni müdafiə satınalma modelinin əsasını qoyur.
Pentaqonun məlumatına görə, yeni model uzunmüddətli və proqnozlaşdırıla bilən tələbatın formalaşdırılmasını nəzərdə tutur. Bu yanaşma müdafiə sənayesini istehsal güclərinin genişləndirilməsinə iri həcmli investisiyalar yatırmağa təşviq etməlidir.
Eyni zamanda, model müqavilələrin icra müddətlərinin qısaldılmasına, tədarük zəncirlərinin idarə olunmasının səmərəliliyinin artırılmasına və dövlətin infrastruktur üzrə ilkin xərclərinin azaldılmasına imkan verəcək.
Razılaşmalara əsasən, "Lockheed Martin" "Patriot" HHM sistemləri üçün "PAC-3 Missile Segment Enhancement" tipli raketlərin illik istehsal həcmini təxminən 600 ədəddən 2000 ədədə qədər artırmağı planlaşdırır.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək