Telefon
WhatsApp
Pentaqon silah istehsalını kəskin şəkildə artırmağı planlaşdırır
300 X 250 Reklam Alanı

Vaşinqton yaxın iki-üç il ərzində bir sıra silah növlərinin istehsalını bir neçə dəfə artırmağı planlaşdırır.

"Report"un məlumatına görə, bu barədə Pentaqonun rəhbəri Pit Heqset Sinqapurda keçirilən beynəlxalq təhlükəsizlik konfransında bəyan edib.

"Biz ən qısa zamanda sursat istehsalını iki, üç, hətta dörd dəfə artırmaq üçün hərbi sənaye kompleksimizin gücünü möhkəmləndiririk", - o vurğulayıb.

Heqset ən çox tələb olunan sursatların istehsalı üçün yüzlərlə istehsal xəttinin istifadəyə verilməsini elan edib. Onun sözlərinə görə, ABŞ bunun üçün yeni zavodlar tikməyi planlaşdırır.

Pentaqon rəhbəri həmçinin İrana qarşı hərbi əməliyyatları yenidən başlatmaq zərurəti yaranarsa, idarənin ehtiyatları barədə fikirlərini bildirib.

"Lazım gələrsə, biz [İrana qarşı döyüş əməliyyatlarını] tam şəkildə yenidən başlatmağa qadirik. Ehtiyatlarımız bunun üçün kifayət qədərdir, həm orada (regionda - red.), həm də bütün dünyada, çünki biz daha dəyərli sursatları və böyük həcmdə mövcud olanları balanslaşdırılmış şəkildə tətbiq edirik", - Heqset əlavə edib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150