Pentaqon Ukraynaya təhvil verilən F-16-ların texniki xidməti üçün 235,4 milyon dollarlıq müqavilə imzalayıb
Pentaqon Ukraynaya təhvil verilən F-16-ların texniki xidməti üçün 235,4 milyon dollarlıq müqavilə imzalayıb
ABŞ Müdafiə Nazirliyi Ukraynaya təhvil verilən F-16 qırıcı təyyarələrinin texniki xidməti üçün 235,4 milyon dollardan çox dəyərində müqavilə imzalayıb.
Bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.
Sənəddən əsasən ABŞ Hərbi Hava Qüvvələri xətti üzrə müqavilə Belçikanın “Sabena Aerospace Engineering” şirkətinə verilib.
Bu müqavilə F-16 təyyarələri və mühərrikləri üzərində aralıq və əsas texniki xidmət işlərini, eləcə də Ukrayna üçün logistika idarəetməsini əhatə edir.
İş “Sabena Aerospace Engineering” şirkətinin Belçikadakı müəssisəsində yerinə yetiriləcək. İşin 28 yanvar 2029-cu ilə qədər başa çatması gözlənilir.







Oxşar -Yeniinfo.az
Tramp: Ərdoğan çox yaxşı dostumdur
Hava hücumlarına görə hava məkanını bağladı
Rusiya hərbçiləri Zəngəzur dəhlizinin keçəcəyi kəndi nəzarətə aldı - TƏCİLİ
Müharibəyə qoşulmaq istəyən rusların sayı azalıb
ABŞ qırıcısı Səudiyyənin hava məkanına daxil oldu
Rus ordusu Pavloqradı vurdu: 12 yaralı...
Vuçiç elan etdi: Tezliklə istefa verəcək, yeni vəzifəsi...
ABŞ İrandakı bu hədəflərə zərbələr endirdi