Pezeşkian: "İran müharibənin qarşısını alacaq istənilən təşəbbüsü alqışlayır"
Pezeşkian: "İran müharibənin qarşısını alacaq istənilən təşəbbüsü alqışlayır"
"İran müharibənin qarşısını almağa və sülhün möhkəmləndirilməsinə xidmət edəcək istənilən təşəbbüsü alqışlayır".
İran prezidentinin mətbuat xidmətinin məlumatına görə, bunu Məsud Pezeşkian Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı zamanı bildirib.
"İran millətin və ölkənin hüquqlarının tam qorunması və hörmət edilməsi ilə beynəlxalq hüquq çərçivəsində sülhə, sabitliyə, münaqişə və müharibələrin qarşısının alınmasına yönəlik istənilən prosesi həmişə dəstəkləyib və dəstəkləməyə hazırdır. Çünki biz dünyada bütün insanların sülh və əmin-amanlıq şəraitində birgə yaşamasına can atırıq", - deyə məlumatda qeyd olunur.







Oxşar -Yeniinfo.az
Tramp: Ərdoğan çox yaxşı dostumdur
Hava hücumlarına görə hava məkanını bağladı
Rusiya hərbçiləri Zəngəzur dəhlizinin keçəcəyi kəndi nəzarətə aldı - TƏCİLİ
Müharibəyə qoşulmaq istəyən rusların sayı azalıb
ABŞ qırıcısı Səudiyyənin hava məkanına daxil oldu
Rus ordusu Pavloqradı vurdu: 12 yaralı...
Vuçiç elan etdi: Tezliklə istefa verəcək, yeni vəzifəsi...
ABŞ İrandakı bu hədəflərə zərbələr endirdi