Pezeşkian paytaxtın Tehrandan köçürüləcəyini bəyan etdi
Pezeşkian paytaxtın Tehrandan köçürüləcəyini bəyan etdi
Bu gün İran Prezidenti Məsud Pezeşkian Qəzvin bölgəsinə səfəri çərçivəsində paytaxtın Tehrandan köçürülməsi məsələsinin qaçılmaz olduğunu bildirib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Onun sözlərinə görə, əvvəlki illərdə bu təşəbbüs üçün büdcə kifayət etmədiyi üçün layihə icra olunmayıb, lakin hazırkı vəziyyət ölkəni alternativsiz qoyur.
Pezeşkian deyib ki, Tehran artıq daha çox əhali artımı və tikinti yükünü daşıya bilməz:
"Bu bölgəni daha çox əhali və tikinti ilə yükləyə bilmərik. İnkişaf mümkündür, amma su problemini həll etmək qeyri-mümkündür".
Fars körfəzindən Tehrana su gətirmək variantının nəzərdən keçirildiyini vurğulayan Pezeşkian açıqlayıb ki, hər kubmetr suyun qiymətinin təxminən 500 min tümənə (3.35 dollar) başa gəlməsi bu planın iqtisadi cəhətdən məntiqsiz olduğunu göstərir.
"Ölkənin gələcəyi üçün paytaxt məsələsi ilə bağlı "elmi, əhatəli və birdəfəlik həll yolu" hazırlanmalıdır", - deyə İran prezidenti bəyan edib.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?