Pezeşkiandan Ərdoğana: İran buna hazırdır!
Pezeşkiandan Ərdoğana: İran buna hazırdır!
İran Prezidenti Məsud Pezeşkian Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Söhbət zamanı Pezeşkian Tehranın Yaxın Şərqdə gərginliyin azaldılmasına hazır olduğunu bildirib.
Pezeşkian qeyd edib ki, İran qonşu ölkələrin ərazilərindən İrana qarşı hücumlar üçün istifadə olunmayacağı təqdirdə regionda deeskalasiyaya hazırdır.
İran prezidenti həmçinin vurğulayıb ki, ABŞ və İsrail İranla onun qonşuları arasında ixtilaf yaratmağa çalışır.
Qeyd edək ki, ötən gün İrandan Türkiyəyə növbəti dəfə raket atılıb.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi