Pistorius: Almaniya Hörmüz boğazı ətrafında hərbi əməliyyatlarda iştirak etməyəcək
Pistorius: Almaniya Hörmüz boğazı ətrafında hərbi əməliyyatlarda iştirak etməyəcək
Almaniya Yaxın Şərqdə münaqişə davam etdiyi müddətdə Hörmüz boğazı ətrafında hərbi əməliyyatlarda iştirak etməyəcək.
Bunu Avstraliyada səfərdə olan Almaniyanın müdafiə naziri Boris Pistorius mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Berlin yalnız atəşkəs və ya sülh əldə olunduqdan sonra gəmiçiliyin təhlükəsizliyini təmin edən əməliyyatlara qoşulma ehtimalını nəzərdən keçirə bilər.
“Biz müharibə davam etdiyi müddətdə bu regionda hərbi əməliyyatlarda iştirak etməyəcəyik. Sülh əldə olunarsa, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmini məsələsinə baxa bilərik”, – deyə Pistorius qeyd edib.
Nazir həmçinin münaqişənin gedişi ilə bağlı narahatlığını ifadə edib.
“Ən böyük problem odur ki, nə məsləhətləşmələr var, nə strategiya, nə də aydın məqsəd. Ən pisi isə çıxış planının olmamasıdır”, – deyə o vurğulayıb.
Pistorius əlavə edib ki, ABŞ-ın müttəfiqlərlə bağlı yanaşması dəyişib və Vaşinqton Avropa ölkələri ilə kifayət qədər məsləhətləşmələr aparmayıb.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi