Telefon
WhatsApp
Pit Heqset:
300 X 250 Reklam Alanı

"Vaşinqton Karakasa qarşı heç bir addımı istisna etmir".

Bunu ABŞ-nin hərb naziri Pit Heqset "One America News" telekanalına müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, Dövlət Departamentinin Venesuela Prezidenti Nikolas Maduro ilə əlaqədar olduğu iddia edilən "Cartel de los Soles" ("Günəşlər karteli") narkokartelini, - Karakas bu kartelin mövcudluğunu inkar edir, - noyabrın 24-də xarici terrorçu təşkilatlar siyahısına daxil edildiyi açıqlamasından sonra ABŞ-nin bir çox yeni seçimləri olacaq.

"Bu, nazirliyimizin prezidentə daha çox fəaliyyət variantı təqdim etməsi və onun (prezidentin - red.) yarımkürəmizin bir daha narkoterrorçuların və kartellərin nəzarəti altında olmayacağını demək imkanı əldə etməsi üçün bizə böyük imkanlar yaradır. Bu, sadəcə, seçimlərin olması məsələsidir. Biz prezidentin müxtəlif fəaliyyət variantlarına malik olmasını təmin etmək istəyirik. Heç nə istisna edilmir, lakin heç bir şey avtomatik olaraq qəbul edilmiş də sayılmır", - deyə Heqset bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp noyabrın 17-də Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən Venesuelada quru hərbi əməliyyatının keçirilməsi ehtimalını istisna etməyib. Ertəsi gün ABŞ lideri Bolivar Respublikasının rəhbərliyinin Vaşinqtonla danışıqlara başlamaq istədiyini və özünün də bu ideyaya açıq olduğunu bildirib.

Venesuela Prezidenti Nikolas Maduro dəfələrlə xəbərdarlıq edib ki, ölkəsi son 100 ildə ABŞ tərəfindən ən ciddi müdaxilə təhlükəsi ilə üzləşir. Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığına qarşı yetərincə aktiv mübarizə aparmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizində 8 gəmi, 1 atom sualtı qayığı, 16 mindən çox hərbçi yerləşdirib və sentyabr ayından etibarən beynəlxalq sularda Venesueladan narkotik qaçaqmalçılığında əsassız ittiham olunmuş ən azı 20 sürətli qayığı və 76 adamı məhv edib.

Noyabrın 16-da Pentaqon bildirib ki, "Gerald R. Ford" aviadaşıyıcısı başda olmaqla ABŞ gəmilərindən ibarət zərbə qrupu Karib dənizinə daxil olub.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150