Piylənmə və diabetin gözlənilməz səbəbləri
Piylənmə və diabetin gözlənilməz səbəbləri
ABŞ-nin Meyo Klinikasından olan alimlər müəyyən ediblər ki, hüceyrələrin qocalması prosesi piylənmə, II tip şəkərli diabet və metabolik sindromun inkişafında həlledici rol oynaya bilər.
Tədqiqatın nəticələri Journal of Internal Medicine (JIM) jurnalında dərc olunub.
Siçanlar və insan toxuması nümunələri üzərində aparılan təcrübələr göstərib ki, yaş artdıqca orqanizmdə tədricən senesent (qocalmış) hüceyrələr toplanır. Bu hüceyrələr bölünmə qabiliyyətini itirir, lakin ölmür və xroniki iltihabı yaradan, maddələr mübadiləsini pozan maddələr ifraz etməyə davam edirlər.
Bu proses nəticəsində qaraciyər, piy və əzələ toxumalarının fəaliyyəti pozulur, orqanizmin insulinə qarşı həssaslığı azalır və metabolik xəstəliklərin yaranma riski artır.
Alimlər bildirirlər ki, hüceyrə qocalması təkcə diabet və piylənmənin inkişafına səbəb olmur, həm də orqanların fəaliyyətini ümumilikdə zəiflədir, bioloji qocalmanı sürətləndirir. Buna görə də bu mexanizmə təsir göstərmək, yaşla bağlı xəstəliklərin qarşısının alınması və müalicəsi üçün perspektivli istiqamət hesab edilir.
Mütəxəssislər problemin həlli üçün senoterapiya adlanan yanaşmanı təklif edirlər. Senoterapevtik preparatlar ya qocalmış hüceyrələri məhv edir, ya da onların orqanizmə mənfi təsirini bloklayır. Bundan başqa, bu preparatlar orqanizmin təbii təmizlənmə mexanizmlərini, məsələn, faqositlərin aktivləşməsini stimullaşdıra bilər. Faqositlər bədəndə ölmüş və zədələnmiş hüceyrələri aradan qaldıran müdafiə hüceyrələridir.
Alimlərin fikrincə, bu cür strategiya gələcəkdə metabolik pozuntuların müalicə və profilaktikasında yeni imkanlar aça bilər. Gələcək perspektivdə senoterapiya yalnız maddələr mübadiləsini yaxşılaşdırmaqla kifayətlənməyəcək, həm də yaşla əlaqəli xəstəliklərin riskini azaldaraq, insanın aktiv ömrünü uzada bilər.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu