Telefon
WhatsApp
“Planetlərin böyük paradı”nı Bakıdan müşahidə etmək olacaq
300 X 250 Reklam Alanı

Fevralın 28-də axşam maraqlı astronomik hadisə - “planetlərin böyük paradı” baş verəcək.

Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat verib.

Bildirilib ki, həmin tarixdə gün batandan sonra altı planet – Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun eyni vaxtda səmanın müəyyən bir hissəsində müşahidə olunacaq.

Bu zaman planetlərin dördü adi gözlə, ikisi isə optik alətlərlə görünəcək. Belə hadisələr nadir baş verir və axşam saatlarında müşahidə üçün əlverişli olması onu daha da cəlbedici edir.

Ən parlaq obyektlərdən biri olan Venera, eləcə də Yupiter və Saturn asanlıqla seçiləcək. Merkuri üfüqə yaxın olduğundan müşahidə üçün üfüqü açıq olan ərazilər – dənizkənarı və şəhərdən kənar məkanlar tövsiyə olunur. Uran və Neptun isə yalnız binokl və ya teleskop vasitəsilə görünəcək.

Bakı üçün ən əlverişli müşahidə vaxtı təxminən saat 19:10–20:30 aralığında olacaq.

Fevralın 28-də altı planetin eyni vaxtda görünməsi bu hadisəni “planetlərin böyük paradı” kateqoriyasına daxil edir. Belə hadisələr orta hesabla 10–20 ildən bir, bu qədər əlverişli axşam şəraitində isə daha da nadir halda baş verir.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150