"Politico": ABŞ Rusiya və Çini cilovlamaq strategiyasından özünümüdafiəyə keçid etmək istəyir
"Politico": ABŞ Rusiya və Çini cilovlamaq strategiyasından özünümüdafiəyə keçid etmək istəyir
Birləşmiş Ştatlar, Rusiyanı və Çini cilovlamaq strategiyasından imtina edərək, ölkənin materik hissəsinin müdafiəsi və Qərb yarımkürəsində təhlükəsizliyin təmin edilməsi istiqamətinə yenidən fokuslanmağı planlaşdırır.
Bu barədə Pentaqonun hazırladığı yeni ABŞ Milli Müdafiə Strategiyasında qeyd olunub.
Məqalədə bildirilir ki, sənədin layihəsi bu həftənin əvvəlində ABŞ müdafiə naziri Pit Heqsetin baxışına təqdim olunub. Yeni strategiyada Pekin və Moskva kimi rəqiblərlə mübarizəyə deyil, "daxili və regional vəzifələrə" üstünlük verilir.
Qəzetin üç mənbəyə istinadla yazdığına görə, sənədin əsas müəllifi ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbidir.
"Bu, ABŞ və müxtəlif qitələrdəki müttəfiqləri üçün böyük bir dönüş olacaq. Vaxtilə etibarlı hesab edilən köhnə vədlər artıq şübhə altına alınır", - mənbələrdən biri "Politico"ya bildirib:
Nəşrin yazdığına görə, Kolbi və onun komandası ABŞ Silahlı Qüvvələrinin xaricdə yerləşdirilməsinə dair planları da yenidən nəzərdən keçirir, o cümlədən raket əleyhinə və hava hücumundan müdafiə sistemləri ilə bağlı ayrıca bir icmal sənədi hazırlanır. Bu sənədlərin oktyabr ayında ictimaiyyətə təqdim olunması gözlənilir.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...