Politoloq: Prezident İlham Əliyevin Qazaxıstana səfəri yeni təşəbbüslərlə yadda qalacaq
Politoloq: Prezident İlham Əliyevin Qazaxıstana səfəri yeni təşəbbüslərlə yadda qalacaq
Azərbaycan lideri Qazaxıstana tez-tez səfər edən qonaqlardandır. Ölkəmizdə qardaş dövlət başçılarını həmişə səmimiyyətlə qarşılayırlar.
Bu sözləri qazax politoloq Аman Mambetalıyev bildirib.
Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycan arasında müasir münasibətlər Prezident Kasım-Jomart Tokayev və Prezident İlham Əliyev arasında şəxsi etimada və qarşılıqlı hörmətə əsaslanır: “Kasım-Jomart Tokayev 2024-cü ildə APA informasiya agentliyinə müsahibəsində bildirib ki, tərəfdaşlığın möhkəm təməli “əsrlərlə formalaşmış qardaşlıq telləri və beynəlxalq arenada qarşılıqlı dəstək” üzərində qurulub.
2022-ci ildə imzalanmış Birgə Bəyanat iki ölkə arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik əməkdaşlığının dərinləşdirilməsində yeni mərhələ açıb. Onun əsasında Ali Hökumətlərarası Şura, Biznes və Ekspert Şuraları yaradılıb. Son 1,5 ildə 40-a yaxın ikitərəfli sənəd imzalanıb. Qazaxıstan Prezidenti qeyd edib ki, 2020-ci ildən bəri ölkələr arasında ticarət dövriyyəsi təxminən 5 dəfə artaraq 109 milyon dollardan 529 milyon dollara yüksəlib. Nəqliyyat, energetika və kənd təsərrüfatı sahəsində birgə layihələr əməkdaşlığa praktik istiqamət verir. Qardaşlığın simvoluna çevrilmiş nümunələrdən biri də Füzulidə Qazaxıstan tərəfindən tikilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzidir”.
Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin budəfəki səfəri iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən rəqəmsallaşma və təhlükəsizlik sahəsində yeni müqavilələr və təşəbbüslərlə yadda qalacaq.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"