Polşa prezidenti Almaniya və Litva ilə sərhədlərə qoşun yeridib
Polşa prezidenti Almaniya və Litva ilə sərhədlərə qoşun yeridib
Polşa prezidenti Karol Navrotski Silahlı Qüvvələrin bölmələrinin Almaniya və Litva ilə sərhədlərə yerləşdirilməsi ilə bağlı göstəriş verib.
Bu barədə Polşa Milli Təhlükəsizlik Bürosu məlumat yayıb.
“2025-ci il oktyabrın 5-dən 2026-cı il aprelin 4-dək Almaniya Federativ Respublikası və Litva Respublikası ilə dövlət sərhədində Polşa Silahlı Qüvvələrinin qoşun və bölmələri dövlət sərhədinin toxunulmazlığını, habelə sərhəd keçid məntəqələrinin ərazi çıxışı daxilində və sərhəd zonasında təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi üçün istifadə olunacaq”, - məlumatda bildirilir.
Məlumatda həmçinin qeyd olunur ki, Polşa Silahlı Qüvvələri sərhədçilərə kömək etmək üçün yerləşdirilib.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf