"Pop Mart" şirkətinin "Labubu" oyuncağı ABŞ sürətlə populyarlıq qazanır
"Pop Mart" şirkətinin "Labubu" oyuncağı ABŞ sürətlə populyarlıq qazanır
"Labubu" oyuncaqları dünyada Çinin yumşaq gücünə çevrilir.
"Pop Mart" şirkətinin "Labubu" oyuncağı ABŞ-də sürətlə populyarlıq qazanır və Pekinlə Vaşinqtonun gərgin münasibətləri fonunda Çinin yumşaq gücünə çevrilir.
Yeni İnfo xəbər verir ki, bu barədə "South China Morning Post" nəşrinin ekspertləri bildirirlər.
Belə ki, "Labubu" oyuncağının alıcılarının 40 faizi xarici ölkələrin vətəndaşlarıdırlar və "Pop Mart" şirkəti qərbli rəqiblərini bazarda sıxışdırır.
Bildirilir ki, "Labubu"nun 2024-cü ildə qlobal bazarda etdiyi satış 423 milyon dollar təşkil edib, ümumi gəliri isə 1.8 milyard dollar olaraq qiymətləndirilir. Amma vacib olan əsas məqam "Labubu"nun ABŞ şirkətlərini geridə qoymasıdır. Belə ki, "Pop Mart"ın bazar kapitallaşması, son məlumatlara görə, təxminən 41 milyard dollara yüksəlib. Bu, məşhur ABŞ oyuncaq istehsalçıları "Mattel" və "Hasbro"nun birlikdə qazandığından çoxdur.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf