"Porsche", "Lamborghini" və "Audi" avtomobillərində yanğın təhlükəsi aşkarlandı
"Porsche", "Lamborghini" və "Audi" avtomobillərində yanğın təhlükəsi aşkarlandı
"Volkswagen" şirkəti yanğın təhlükəsinə görə üç marka - "Porsche", "Lamborghini" və "Audi"yə məxsus bir sıra avtomobillərin geri çağırıldığını elan edib.
Geriçağırılmaya "Lamborghini Urus" krossoverləri ilə bağlı iki insident səbəb olub. Avtomobillərdən biri alovlanıb, digəri yanacaq axıdıb.
Geriçağırılma 107 ədəd "Porsche Panamera" və "Porsche Cayenne S", 14 ədəd "Lamborghini Urus" və bir ədəd "Audi SQ7"yə aiddir. Avtomobillər 2024-cü ildən bu günə qədər istehsal olunub.
Ehtimal olunur ki, yanacaq nasosu etibarlı şəkildə bağlanmayıb və bu da yanacaq sızmasına səbəb olub. Məlumata görə, dilerlər lazımi ehtiyat hissələrini pulsuz dəyişdirəcəklər.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...