Prezident 13 günlük körpəni belə salamladı
Prezident 13 günlük körpəni belə salamladı
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb.
Prezident İlham Əliyev sakinləri salamlayıb
Dövlət başçısı səfər çərçivəsində qəsəbə sakini Yadigar Əsədovanın evində olub.
Sakin: Xoş gəlmisən!
Prezident İlham Əliyev: Siz də doğma vətənə xoş gəlmişsiniz!
Qadın sakin: Allah səni saxlasın. Millətimizi öz vətəninə gətirdin, çox sağ ol.
Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?
Sakin: Gəncədə yataqxanada.
Prezident İlham Əliyev: Bala neçə aylıqdır?
Sakinlər: 13 günlükdür.
Prezident İlham Əliyev: 13 günlük? (gülür) Maşallah! Gəncədə doğulub?
Sakinlər: Bəli.
Prezident İlham Əliyev: Təbrik edirəm bir daha







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu