Prezident bəyan etdi: Bu ölkəyə qaz ixracı artırılır
Prezident bəyan etdi: Bu ölkəyə qaz ixracı artırılır
2025-ci ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 12 milyard dollar təşkil edib.
Axar.az Yeni info.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Corciya Meloni ilə mətbuata bəyanatlar zamanı deyib.
"Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir", - prezident bildirib və əlavə edib ki, əlaqələrin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır:
"Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir".







Oxşar -Yeniinfo.az
Kiyevdəki Azərbaycan səfirliyi vuruldu
İran səfiri konsulumuzun həlak olması ilə bağlı başsağlığı verdi
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
FHN Naxçıvan Tibb Kollecində fövqəladə hallarda davranış qaydaları barədə tədbir keçirib
Keçmiş təmas xəttindən kənarda nizamsız minalanma faktları var
Uşaqlarınızı bu platformalardan qoruyun - Ekspert
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq..
Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir