Prezident İlham Əliyev DGK-nın yeni inzibati binasının açılışında iştirak edib.
Prezident İlham Əliyev DGK-nın yeni inzibati binasının açılışında iştirak edib
Prezident İlham Əliyev Bakıda Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov dövlət başçısına yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 25 min kvadratmetr olan 18 mərtəbəli binada komitənin struktur bölmələrinin əməkdaşlarının yüksək səviyyədə çalışması üçün hərtərəfli şərait yaradılıb.
Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının layihə-quraşdırma işlərində maksimum səviyyədə ən müasir texnologiyalardan istifadə olunub. Bütün layihəçilər, mühəndislər və inşaatçılar Azərbaycan vətəndaşlarıdır və ölkə universitetlərinin məzunlarıdırlar.
Buradakı Hədəf Mərkəzində ölkə üzrə yük nəqliyyat vasitələrinin hərəkəti elektron xəritədə müşahidə olunur. Eyni zamanda, Xəzər dənizində gəmilərə gömrük nəzarəti və gömrük postlarına real vaxt rejimində videomüşahidə həyata keçirilir. Binada süni intellekt əsaslı risk idarəetmə sistemi və informasiya texnologiyaları infrastrukturu yaradılıb. Həmçinin burada kibertəhdidlərin kəşfiyyatı və qarşısının alınması ilə bağlı xüsusi avadanlıq yerləşdirilib. Ümumilikdə yeni binada informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunub. Bu sistemlər mövcud və gələcək xidmətlərin artırılmasını nəzərdə tutub.
Binanın 5-ci mərtəbəsində 1200 kvadratmetrlik asma bağ salınıb, müxtəlif növ ağac və dekorativ gül kolları əkilib. 500 kvadratmetrlik açıq sahədə əməkdaşların istirahəti və gəzintisi üçün guşə yaradılıb, kafe inşa olunub.
Binada gömrük xidməti əməkdaşlarının iş otaqlarından başqa 500 nəfərlik konfrans zalı, 17 iclas otağı, atıcılıq tiri, idman sahələri, yeməkxana, kafe var.
Dövlət başçısı gömrük orqanları tərəfindən ayrı-ayrı vaxtlarda müsadirə olunmuş tarixi-mədəni əşyalardan ibarət muzeyə baxıb. Burada eramızdan əvvəl birinci minillikdən XX əsrin 50-ci illərinədək dünya ölkələrinin tarixini əhatə edən eksponatlar sərgilənir.
Qeyd edək ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən, son illərdə həyata keçirilən irimiqyaslı layihələr hesabına beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılmasında ölkəmizin əhəmiyyətli rolu nəzərə alınmaqla gömrük işinin müasir səviyyədə təşkili, bu sahədə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə gömrük sisteminin inkişafı istiqamətində həyata keçirilən islahatlar hesabına indi ölkəmizin gömrük xidmətində ən müasir texnologiyaların, qabaqcıl təcrübənin, elmi əsaslı layihələrin, rəqəmsal həllərin tətbiqi həyata keçirilir. Reallaşdırılan qabaqcıl texnoloji həllər gömrük əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, iqtisadi təhlükəsizliyin daha etibarlı təmin olunması ilə yanaşı, şəffaflığın artırılmasına, gömrük-biznes əməkdaşlığının qarşılıqlı etimad əsasında gücləndirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradıb.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"