Prezident İlham Əliyev iki qanunun dəyişikliyini təsdiqlədi
Prezident İlham Əliyev iki qanunun dəyişikliyini təsdiqlədi
Prezident İlham Əliyev "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Yeni İnfo.az President.az-a istinadən xəbər verir ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanuna edilən dəyişikliklə qeyri-hökumət təşkilatı tərəfindən qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.
Başqa bir dəyişikliklə, müqavilə olmadan və ya qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyır.
"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanuna edilən dəyişikliklə terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı dini qurum, qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmalı, əmlakının pul və ya digər şəkildə formalaşdırılma mənbələri, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatı tərtib etməlidir. Maliyyə hesabatı hər il aprel ayının 1-dən gec olmayaraq nəzarət orqanına təqdim edilməlidir.







Oxşar -Yeniinfo.az
Azərbaycanda UNİKAL TAPINTI: Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkar edilib
Bu il 51 yeni aşkar edilmiş abidə dövlət qeydiyyatına alınıb
Komitə sədri: Azərbaycan mədəniyyətinin tanıdılması dəqiq piar mexanizmləri ilə aparılmalıdır
İlham Əliyev bu tarixdə İrəvana səfər edəcək - İddia
Qazaxıstan Prezidentinin müşaviri: Orta Dəhliz artıq əsas beynəlxalq ticarət marşrutlarından birinə çevrilir
Azərbaycanla Cibuti arasında Nyu-Yorkda viza ilə bağlı saziş imzalanıb
XİN başçısı: Azərbaycanın dini azadlığa sadiqliyi regional sabitlik üçün nümunədir
IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda “Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgidə iştirak ediblər