Prezident İlham Əliyev: "Resurslarımız bizə iqtisadi nailiyyətlərimizi artırmağa və insanların həyat səviyyəsini yaxşılaşdırmağa imkan verib"
Prezident İlham Əliyev: "Resurslarımız bizə iqtisadi nailiyyətlərimizi artırmağa və insanların həyat səviyyəsini yaxşılaşdırmağa imkan verib"
"Uzun illər ərzində bizim üçün əsas prioritet enerji sektoru olub. Çünki resurslarımız bizə iqtisadi nailiyyətlərimizi artırmağa və insanların həyat səviyyəsini yaxşılaşdırmağa imkan verib".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.
Bu gün enerji layihələrinin böyük hissəsinin artıq tamamlandığını vurğulayan dövlətimizin başçısı bildirib: "Biz fəaliyyətimizi davam etdiririk və beynəlxalq bazarlara təqdim edəcəyimiz daha çox imkanlarımız olacaq. Lakin əsas prioritet artıq qeyri-enerji sektoru, yəni neft və qazdan kənar sahələrdir".







Oxşar -Yeniinfo.az
Bu şəhərimizdə əsrlər sonra ilk məscid tikiləcək
İlham Əliyev Gürcüstan Prezidenti ilə təkbətək görüşüb
Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY
Bu əraziyə 1 metr 24 sm qar yağdı
Yağış nə vaxta kimi davam edəcək?
Prezident və xanımı Gürcüstana getdi
Azərbaycanda 3 liman bağlandı
Qusarda sel elektrik dirəklərini dağıtdı