Prezident xalqa müraciət etdi: Çevrilişin qarşısı alındı
Prezident xalqa müraciət etdi: Çevrilişin qarşısı alındı
Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb.
Bu barədə Benin Prezidenti Patris Talon milli televiziyada yayımlanan xalqa müraciətində bildirib.
Talon vurğulayıb ki, hakimiyyət bütün ölkədə vəziyyətə tam nəzarət edir:
"Kiçik bir qrup hərbi qulluqçu üsyan qaldırıb və bu, ordumuz tərəfindən yatırılıb. Bütün çevriliş ocaqları təmizlənib. Üsyançıların dövlətə xəyanət əməli cəzasız qalmayacaq. Vəziyyət tam nəzarət altındadır. Bütün ərazidə təhlükəsizlik və ictimai asayiş təmin olunacaq".
Benin Prezidenti əlavə edib ki, vətəndaşlar təhlükəsiz şəkildə gündəlik işləri ilə məşğul ola bilərlər.
Qeyd edək ki, dekabrın 7-si səhər saatlarında Benin Respublikasının hərbçiləri milli televiziya vasitəsilə dövlət çevrilişi etdiklərini, Prezident Patris Talonun vəzifəsindən devrildiyini elan etmişdilər.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək