Prezidentin köməkçisi: Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır
Prezidentin köməkçisi: Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır
Avropa İttifaqının tam olaraq nə istədiyi bilinmir.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə danışıb.
H.Hacıyev vurğulayıb ki, Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır:
“Çünki bizim öz investisiya imkanlarımız var və güclü əməkdaşlıqlarımız var. Türkiyə, Azərbaycan və Gürcüstan vasitəsilə Bakı-Tbilisi-Qars layihəmizə baxın. Açığı, biz bu layihəyə başlayanda Avropa və Amerika fondları bu layihənin maliyyələşdirilməsini dayandırdı. Amma biz bunu öz hesabımıza qarşılamağa qərar verdik və bu layihəni həyata keçirdik. Biz həmçinin bütün əsas nəqliyyat infrastrukturu sistemimizi Mərkəzi Asiyadakı qardaşlarımızla əlaqələndirdik. Həmçinin bu gün Çin, Qırğızıstan və Özbəkistanla birlikdə öz dəmir yolu sistemini qurur və bu da Mərkəzi Asiyaya çatmaq üçün 900 kilometrlik qısa yol yaradacaq”.
Prezident köməkçisi bildirib ki, Trans-Xəzər vasitəsilə bütün bu proseslər əlaqələndirilir:
“Amma hazırda sualım budur ki, Avropa İttifaqı haradadır? Bəli, tərəfdaş kimi siz bizə qoşula bilərsiniz, amma hələ də biz Avropa İttifaqının nə istədiyini dəqiq görmürük. TRASEKA vacib layihədir, bizlərə müəyyən dərəcədə töhfə verib, amma bu, bir az köhnə şüşədə köhnə şərabdır. Bizə yeni şüşədə yeni şərab, yeni yanaşma, yeni strategiya lazımdır”.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"