Prezidentin köməkçisi: "Orta Dəhliz üzrə 50 milyon tondan çox yük artımı gözlənilir"
Prezidentin köməkçisi: "Orta Dəhliz üzrə 50 milyon tondan çox yük artımı gözlənilir"
"Orta Dəhliz üzrə 50 milyon tondan çox yük artımı gözlənilir".
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nyu-Yorkda "Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji" mövzusunda 6-cı Xəzər Biznes Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu məqsədlə Azərbaycan əlavə investisiyalar yatırır.
"Bakı limanı ildə 25 milyon ton yükötürmə qabiliyyətinə malikdir və bu imkanların genişləndirilməsi istiqamətində də işlər aparılır", - deyə Hikmət Hacıyev əlavə edib.
O bildirib ki, 2020-ci ildən başlayaraq Bakıdan Zəngilan və Ermənistan sərhədinə qədər uzanan dəmir yolu layihəsinin icrasına start verilib və 2026-cı ilin ortalarında yekunlaşması nəzərdə tutulur:
"Ermənistan ərazisində yerləşən 42 kilometrlik Zəngəzur hissəsində də işlər aparılır və burada ABŞ-dən olan tərəfdaşlarımız iştirak edirlər. Üçüncü seqment isə Naxçıvanı əhatə edir. Bu sahədə də əlavə sərmayələr yatırılır və biz Avropa ölkələri də daxil olmaqla digər beynəlxalq tərəfdaşları əməkdaşlığa dəvət edirik. Əsas məqsəd Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdir".







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"