Problem ciddidir, Putin nəhayət etiraf etdi
Problem ciddidir, Putin nəhayət etiraf etdi
Ukrayna PUA-larının Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələr ölkədə yanacaq qıtlığını daha da dərinləşdirir. Bu vəziyyət Rusiya Prezidenti Vladimir Putini nadir hallarda etdiyi bir addımı atmağa məcbur edib – o, problemin ciddi olduğunu açıq şəkildə etiraf edib.
Yeni info.az-a Axar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Nəşrin yazdığına görə, bazar günü yüksək vəzifəli rəsmilərlə keçirilən iclasda Putin açıq şəkildə bildirib ki, Ukraynanın zərbələri nəticəsində yanacaq normalaşdırılması tətbiq olunub:
"Yaxşı bilirsiniz ki, sürücülər və müəssisələr üçün problemlər hələ də qalır. Təəssüf ki, yanacaqdoldurma məntəqələrində növbələr hələ də yaranır. Vətəndaş infrastrukturumuza və obyektlərimizə qarşı terror hücumlarının təsirini minimuma endirməliyik", – Rusiyanın mediası Putinin sözlərindən sitat gətirib.
Kreml rəhbəri əlavə edib ki, mövcud vəziyyət indiki çağırışların miqyasına uyğun sistemli tədbirlər tələb edir.
Qeyd olunur ki, son aylarda Ukrayna Rusiyanın enerji obyektlərinə hücumları gücləndirib. Bu isə Rusiyanın əsas ixrac gəlir mənbəyi və hərbi əməliyyatların maliyyələşdirilməsinin əsas mənbələrindən biri olan xam neft və neft məhsullarının satışına mənfi təsir göstərib.
Norveç Beynəlxalq Münasibətlər İnstitutunun (NUPI) Enerji Tədqiqatları Mərkəzinin rəhbəri İndra Overlandın sözlərinə görə, Ukrayna prioritet ardıcıllıqla Rusiyanın neft emalı zavodlarını, neft anbarlarını, neft və qaz nasos stansiyalarını, həmçinin neft yükləmə limanlarını hədəfə alır.







Oxşar -Yeniinfo.az
Zelenski: Ukrayna Azərbaycanla müdafiə əməkdaşlığını genişləndirir
Türkiyə Rusiyadan aldığı S-400-ləri kimə satıb? - AÇIQLAMA
Ukrayna "Freya" üçün hərəkətə keçir - Zelenski açıqladı
Ukrayna Saratovdakı NEZ-i də vurdu
Ukraynada sülhə nail olmaq üçün... - Ərdoğan
Zelenski ilk dəfə Yermolayevə sui-qəsd cəhdindən danışdı
Putin yenidən bu məsələni gündəmə gətirib - "Hill"
Putin üstünlüyünün olmadığını başa düşür - Zelenski