Prokurorluq işçilərinin qulluqda olma yaş həddinin artırılması təklifi ilk oxunuşda qəbul edilib
Prokurorluq işçilərinin qulluqda olma yaş həddinin artırılması təklifi ilk oxunuşda qəbul edilib.
Milli Məclis prokurorluq işçilərinin qulluqda olmasının yaş həddinin 60 yaşdan 65 yaşa qaldırılmasını ilk oxunuşda qəbul edib.
Bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna təklif edilən dəyişiklik parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, bu yaş həddinin son yaş həddi olması təklif edilir.
Bildirilib ki, dəyişikliyin əsas məqsədi uzunmüddətli təcrübəyə malik prokurorluq işçilərinin prokurorluq orqanlarında fəaliyyətini davam etdirməsinə şərait yaradaraq prokurorluq orqanlarının səmərəliyinin artırılmasıdır. Qeyd olunanlara əsasən, "Prokurorluqda qulluq keçməyə xitam verilmə əsasları" adlı 29-cu maddəyə prokurorluqda qulluq keçməyə xitam verilməsi hallarına prokurorluqda son yaş həddinə çatmaq halının da əlavə edilməsi təklif edilir.
Sənəddə vurğulanıb ki, Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli 509 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"nin 1.5-ci bəndinə əsasən, məhkəmə və hüquq mühafizə orqanlarından, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ile bağlı vəzifələrdən prokurorluğa işə keçirilən şəxslər ixtisas imtahanlarından azad oluna bilərlər və bu halda onlarla müsahibə aparılır.
Qeyd olunanlara əsasən, Qanunun 18.7-ci maddəsinə dəyişiklik edilərək, prokurorluğa keçirilmə qaydasında işə qəbul edilmiş işçilərə rütbələrin onlar müsahibədən keçdikdən sonra verilməsi təklif edilir.
Təqdim edilən sənəd müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.







Oxşar -Yeniinfo.az
Bu ailələrə pulsuz üç otaqlı ev veriləcək
Elektromobillər bahalaşır - benzinli maşınlar da ucuzlaşmır
Hər gün bir ovuc yeyin: Böyrək daşlarını atmağa kömək edir!
Paytaxtda yaşayış binasında güclü yanğın olub
Azərbaycandan Ukraynaya göndərilən generatorlar İrpinə təhvil verilib
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Alimlər uşaq allergiyaları haqqında məşhur mifi təkzib etdilər
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma