Putin Avropa və Asiyanı həmişəlik itirdi - Farlin
Putin Avropa və Asiyanı həmişəlik itirdi - Farlin
Rusiya iqtisadiyyatı müharibə nəticəsində deformasiyaya uğrayır, inflyasiya və faiz dərəcələri yüksəlir, texnologiya sektoru çöküb. Bununla belə, Rusiya Çin, İran, Şimali Koreya və Hindistandan asılılığını artırsa da, ayaqda qalmağı bacarır.
Bunu amerikalı mütəxəssis Robert Farlin öz məqaləsində qeyd edib.
O bildirib ki, Rusiya üçün xərclər gözləntiləri xeyli üstələyib:
"Ukraynanın genişmiqyaslı işğalı Rusiya üçün uzunmüddətli məna kəsb etmirdi. Sanksiyalar isə Rusiya iqtisadiyyatını deformasiyaya uğratdı. Heç bir ağlı başında olan lider gətirəcəyi xərclərin tam fərqinə vararaq müharibəyə başlamazdı, bəs Putin bu itkilərə baxmayaraq, niyə müharibəni davam etdirmək qərarına gəldi?
Qısa cavab budur ki, müharibə Rusiyaya böyük itkilər versə də, onun davam etdirilməsi ilə bağlı gözlənilən xərclər Putinin sülh əldə etmək üçün gözlədiyi xərclərdən çox deyil. Rusiya çox böyük miqdarda ilkin xərc çəkdi və təkcə Ukraynanı deyil, həm də Avropa və Asiyanın geniş ərazilərini həmişəlik özgəninkiləşdirdi".







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi