Putin hazırda gizli səfərbərlik həyata keçirir
Putin hazırda gizli səfərbərlik həyata keçirir
Rusiya rəhbəri Vladimir Putin Ukraynada kəskin insan resursları böhranı ilə üzləşib.
Bu barədə “Teleqrаf” nəşri yazıb.
Nəşr qeyd edir ki, Rusiya orduya insanları hətta həbsxanalardan və üçüncü dünya ölkələrindən cəlb etməyə çalışmasına baxmayaraq, Ukraynada döyüş meydanındakı itkiləri əvəz edəcək kifayət qədər könüllü tapa bilmir. Bildirilir ki, Rusiyanın cəbhədə aylıq itkiləri 35 min civarında qiymətləndirilir.
Vurğulanır ki, Rusiya qoşunları irəliləməyə davam etsə də, bu irəliləyiş son dərəcə ləngdir: bəzi istiqamətlərdə gün ərzində cəmi 15–75 metr təşkil edir.
Qeyd olunur ki, bu temp I Dünya müharibəsindəki Somma və ya Paşendal döyüşləri kimi bir çox ağır hücum əməliyyatlarından da yavaşdır. Bununla yanaşı, təcavüzkar ölkənin şəxsi heyət itkiləri daha yüksəkdir.
Nəşrin kəşfiyyat dairələrindəki mənbələrinə görə, Putin hazırda “gizli səfərbərlik” həyata keçirir. Əvvəllər hər çağırış dövründə təxminən 130 min nəfəri əhatə edən adi altıaylıq hərbi çağırış sistemi davamlı çağırış mexanizmi ilə əvəz olunub.
Bunun məqsədi faktiki olaraq çağırılan kişilərin real sayını gizlətməkdir. Məlumata görə, adətən infrastrukturun mühafizəsi və arxa cəbhə tapşırıqları üçün nəzərdə tutulan ehtiyatçılar əslində ön xətt bölmələrinə yönləndirilir.
Bildirilib ki, bu yeni gizli səfərbərlik 2022-ci ildə həyata keçiriləndən daha genişmiqyaslıdır və məhz buna görə Putin onun gizli saxlanılmasına xüsusi önəm verir.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq