Telefon
WhatsApp
Putin heç bir şəraitdə qalib gəlməyəcək - Panetta
300 X 250 Reklam Alanı

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Rusiya ərazisinə, xüsusilə də paytaxt bölgəsinə PUA-larla artan hücumları səbəbindən çətin vəziyyətə düşüb və nə edəcəyini tam bilmir.

Yeni info.az-a Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş müdafiə naziri Leon Panetta deyib.

Keçmiş nazir xüsusilə Ukraynanın Moskva vilayətinin Dubna şəhərində yerləşən peyk rabitə mərkəzinə endirdiyi zərbəyə diqqət çəkib:

“Rusiya hakimiyyəti həmin mərkəzdən kəşfiyyat məlumatlarının toplanması və Ukraynaya qarşı hərbi əməliyyatların əlaqələndirilməsi üçün istifadə edir. Bu, Kiyevin son dövrdə həmin obyektə endirdiyi ikinci zərbə olub”.

Onun fikrincə, Rusiya lideri atəşkəsə razılıq verməlidir. Lakin Panettanın sözlərinə görə, Putinin indiyədək nümayiş etdirdiyi davranış tərzini nəzərə alsaq, o, belə addımlara müqavimət göstərməyə davam edəcək və nəticədə Rusiya bunun ağır bədəlini ödəyəcək:

"Putin heç bir şəraitdə qalib gəlməyəcək. Prezident Donald Tramp üçün bu müharibədə qalib gələcək tərəfi seçmək ağıllı qərar olardı və bu tərəf Ukraynadır".

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150