Putin yenidən bu məsələni gündəmə gətirib - "Hill"
Putin yenidən bu məsələni gündəmə gətirib - "Hill"
Ukraynaya qarşı müharibədə işğalçı ordunun uğur qazana bilməməsi fonunda Rusiya Prezidenti Vladimir Putin yenidən nüvə silahından istifadə məsələsini gündəmə gətirib. Belə ki, may ayında Rusiya Müdafiə Nazirliyi hərbi təlimlər çərçivəsində nüvə döyüş sursatlarının Belarusdakı səhra anbarlarına yerləşdirildiyini açıqlayıb.
Yeni info.az-a Axar.az xəbər verir ki, bu barədə “Hill” nəşri yazıb.
Qeyd olunub ki, bu mesajlar həm Ukraynaya, həm də NATO ölkələrinə ünvanlanıb. Nəşr Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun eksperti Daniel Solsberinin sözlərini sitat gətirərək bildirib ki, Rusiya Qərb paytaxtlarına təzyiqi artırmaq üçün nüvə riskləri ilə manipulyasiya etməkdə maraqlıdır.
Nəşr yazıb ki, Kremlin məqsədləri ciddi narahatlıq doğurur. Hesab olunur ki, Rusiya özünün kölgə ticarət donanmasından Böyük Britaniyadakı mühüm NATO bazalarını, o cümlədən “Feltvell”, “Ferford” və “Mildenholl” HHQ bazalarını izləmək üçün istifadə edir.
Qeyd olunur ki, “Mildenholl” bazasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus, havadan buraxılan nüvə qravitasiya bombalarını daşıya bilən təyyarələr yerləşdirilib.







Oxşar -Yeniinfo.az
Zelenski: Ukrayna Azərbaycanla müdafiə əməkdaşlığını genişləndirir
Türkiyə Rusiyadan aldığı S-400-ləri kimə satıb? - AÇIQLAMA
Ukrayna "Freya" üçün hərəkətə keçir - Zelenski açıqladı
Ukrayna Saratovdakı NEZ-i də vurdu
Ukraynada sülhə nail olmaq üçün... - Ərdoğan
Zelenski ilk dəfə Yermolayevə sui-qəsd cəhdindən danışdı
Putin yenidən bu məsələni gündəmə gətirib - "Hill"
Putin üstünlüyünün olmadığını başa düşür - Zelenski