Putin Zaporojye AES-lə bağlı mövqeyini elan etdi
Putin Zaporojye AES-lə bağlı mövqeyini elan etdi
Rusiya və ABŞ Ukraynanın iştirakı olmadan Zaporojye atom elektrik stansiyasının (AES) birgə idarə olunması imkanlarını müzakirə edirlər.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin əlavə edib ki, Ukrayna stansiyanın idarə olunmasında iştirak etməyəcək.
O bildirib ki, ABŞ-ın təşəbbüsü ilə Zaporojye AES-dən Ukraynaya elektrik enerjisi tədarükü imkanı nəzərdən keçirilir.
Putin vurğulayıb ki, ukraynalı mütəxəssislər Zaporojye AES-də işləməyə davam edirlər, lakin onların hamısı Rusiya pasportu alıb.
Qeyd edək ki, dekabrın 24-də Ukrayna Prezidenti Vladimir Zelenski sülh planının 20 bəndini sadalayıb. Bu bəndlər sırasında AES-lə bağlı təklif stansiyanın ABŞ və Ukrayna tərəfindən birgə işlədilməsini (50/50 nisbətində payla) nəzərdə tutur.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək