Putindən tapşırıq: Avropaya qaz tədarükünü dayandırın
Putindən tapşırıq: Avropaya qaz tədarükünü dayandırın
Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, hökumətə Avropa bazarına qaz tədarükünün dayandırılması məsələsini nəzərdən keçirməyi tapşırmağı planlaşdırır.
Putinin sözlərini Rusiya mediası sitat gətirib.
“Bəlkə indi Avropa bazarına tədarükü dayandırmaq bizim üçün daha sərfəlidir? Açılan yeni bazarlara yönəlib orada möhkəmlənək?” – deyə Putin Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə görüşdən sonra bildirib.
“Onlar (Avropa ölkələri – red.) bir ay sonra Rusiya qazının, o cümlədən mayeləşdirilmiş qazın alınmasına məhdudiyyətlər tətbiq etməyi planlaşdırırlar. Bir ildən sonra daha sərt məhdudiyyətlər, hətta tam qadağa tətbiq etmək istəyirlər. Bu vaxt isə yeni bazarlar açılır”, – deyə o əlavə edib.
Putin qeyd edib ki, məsələni Rusiya şirkətləri ilə birlikdə işləyib hazırlamaq üçün hökumətə tapşırıq vermək niyyətindədir.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi