Putinin Çinə səfərinin vaxtı bəlli oldu
Putinin Çinə səfərinin vaxtı bəlli oldu
Rusiya Prezidenti Vladimir Putinin mayın 20-də Pekinə bir günlük səfəri gözlənilir.
Yeni info.az Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Rusiya liderinin Çinə səfəri adi haldır və Moskva ilə Pekin arasında müntəzəm əlaqələrin bir hissəsidir.
Buna görə də səfər çərçivəsində heç bir parad və ya rəsmi qarşılanma mərasimi planlaşdırılmır.
Qeyd olunur ki, Çinin iki dünya liderləri ilə eyni ayda çoxtərəfli tədbirlərdən kənarda görüşməsi ilk dəfə olacaq.
Xatırladaq ki, bu gün ABŞ lideri Donald Trampın Pekinə üçgünlük rəsmi səfəri başa çatıb. Ağ Ev rəhbəri lideri Si Cinpin ilə danışıqlar zamanı Rusiya və Ukrayna arasındakı münaqişəni də müzakirə ediblər.
Daha əvvəl Kreml rəsmisi Dmitri Peskov Putinin Çinə planlaşdırılan səfərinin son dərəcə əhəmiyyətli olacağını bildirmişdi. O, əlavə etmişdi ki, hər iki tərəf görüşü mühüm hadisə kimi qiymətləndirir.







Oxşar -Yeniinfo.az
İranla razılaşdıq, Hörmüz boğazı açıq qalacaq - Tramp
ABŞ və İran razılaşmanın detallarını nə vaxt elan edəcək?
ABŞ xəbərdarlıq etdi: Rusiyadan kütləvi hücum gözlənilir
Putin artıq bunu gizlədə bilmir: Moskvalılar şokdadır...
Ukrayna Rusiyaya güzəştə getməyə hazırdır - Çernev
Rusiya bu şəhəri “Oreşnik”lə vurdu
Kiyevə dəhşətli hücum: ölü və yaralılar var
Pakistanda qatar partladıldı: 24 ölü, 50 yaralı