Putinin Hindistana səfəri təsadüfi deyil - Petroçelli
Putinin Hindistana səfəri təsadüfi deyil - Petroçelli
Rusiya və Hindistan dünya nizamının yenidən formalaşmasında aparıcı rol oynayırlar və burada Vaşinqton artıq yeganə qərarverici mərkəz deyil.
Bunu İtaliya parlamentinin yuxarı palatasının xarici işlər komissiyasının sabiq rəhbəri Vito Petroçelli Rusiya prezidentinin Hindistana səfərini şərh edərkən bildirib.
O vurğulayıb ki, BRİKS-ə sədrlik Hindistana keçir və 2026-cı il üçün qrupun prioritet mövzularını məhz o müəyyən edəcək. Bu baxımdan səfərin vaxtı da təsadüfi deyil, “saatların uzlaşdırılması” üçün vacibdir:
“İl ərzində çoxsaylı tədbirlər keçiriləcək və həmin tədbirlərdə 2026-cı ildə keçiriləcək yekun sammitdə liderlərin birgə bəyannaməsinin əsasları hazırlanacaq”.
Qeyd edək ki, dekabrın 4-də Putin iki günlük dövlət səfəri üçün Hindistana gedib.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?