Telefon
WhatsApp
Putinin sözlərinə Türkiyədən cavab: Ordu göndərə bilərik!
300 X 250 Reklam Alanı

Türkiyə Müdafiə Nazirliyi çox önəmli bəyanat verib və bu bəyanatın əhəmiyyəti seçilən tarixlə də birbaşa bağlıdır. Nə baş verir?

Rusiya lideri Putin Bişkekdə keçirilən KTMT sammitindən sonra təşkil etdiyi mətbuat konfransında Ukrayna müharibəsi ilə bağlı bir sıra mühüm açıqlamalar verib. O, xüsusilə təhlükəsizlik təminatları məsələsinə toxunaraq bildirib ki, Rusiya Avropaya qarşı hər hansı aqressiv planlarının olmadığını "rəsmi şəkildə kağız üzərində" qeyd etməyə hazırdır.

Bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.

“Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində aparılan diplomatik prosesdə ən kritik məsələlərdən biri, bəlkə də birincisi Ukraynanın tələb etdiyi təhlükəsizlik təminatıdır. Bu, prosesin ən fundamental elementidir. Çünki müharibənin real səbəblərini və Rusiyanın əsas məqsədlərini unutmamalıyıq. Məsələ Ukraynanın suverenliyinə son qoyulması və bu ölkənin yenidən Rusiyanın təsir dairəsinə qaytarılması cəhdidir. Bir neçə gün əvvəl Kremlin ideoloqu Aleksandr Duginin dedikləri bunu tam şəkildə əks etdirirdi: "İki ildən sonra Ukrayna bütövlükdə bizim olacaq". Rusiya bu məqsədlərə hərbi yolla nail ola bilməsə də, atəşkəsdən sonra siyasi vasitələrlə, o cümlədən hərbi təzyiq və şantajla bunu reallaşdırmağa çalışacaq”, - o bildirib.

Politoloq vurğulayıb ki, Ukrayna üçün yeganə real və işlək təhlükəsizlik mexanizmi NATO ölkələrinin birgə sülhməramlı kontingentidir:

“NATO hərbi kontingentinin Ukraynada olması Rusiyanın bütün plan və xəyallarını tam şəkildə bloklayacaq. Elə buna görə də Moskva bu kontingentin mövcudluğunu “qətiyyən qəbul edilməyən qırmızı xətt” adlandırır.

Putin təhlükəsizlik təminatlarının “kağızda olacağını” vurğuladı, elə həmin gün də Türkiyə Müdafiə Nazirliyi Ukraynaya əsgər göndərməyə hazır olduğunu bəyan etdi. Bu mesajın həm zamanlamasına, həm siyasi çəkisinə diqqət yetirməliyik”.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150