Putinin tələbləri məlum oldu
Putinin tələbləri məlum oldu
Rusiya Prezidenti Vladimir Putin Ukraynada döyüşləri dayandırmaq üçün tələbləri məlum olub.
Bu barədə Kremldəki mənbələr “Reuters”ə bildirib. Məlumata görə, Putin Ukraynanın bütün Donbas regionundan çəkilməsini, NATO-ya qoşulmaq tələbində imtina edərək bitərəf qalmasını və Qərb ölkələrinin ölkəyə qoşun göndərməsini qadağan etməyi tələb edib. Bildirilib ki, Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən görüşün demək olar ki, bütün hissəsi Ukraynadakı potensial güzəştləri müzakirə etməyə həsr olunub.
Rusiya mənbələrinə görə, Putin ötən il irəli sürdüyü ərazi tələblərində güzəştə gedib. O ötən il, Rusiyanın ərazisi hesab etdiyi Ukraynanın Xerson, Zaporojji və Donbas kimi tanınan Donetsk və Luqansk vilayətlərini tələb etmişdi.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf