Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama
Azərbaycan Hava Yolları (AZAL) təyyarədə pəncərə kənarında əyləşməyə görə əlavə pul verilməsi ilə bağlı iddialara cavab verib.
“Yeniinfo”nun məlumatına görə, AZAL-ın şöbə rəhbəri Fərid Hüseynov “Xəzər Xəbər”ə bildirilib ki, oturacaq seçimi xidməti, o cümlədən pəncərə kənarındakı yerlərin seçilməsi beynəlxalq aviasiya təcrübəsində qəbul olunmuş və geniş şəkildə tətbiq olunan bir yanaşmadır.
Onun sözlərinə görə, bu xidmət yalnız müəyyən oturacağı əvvəlcədən seçmək istəyən sərnişinlər üçün nəzərdə tutulmuş əlavə xidmətdir.
“Əgər sərnişin yer seçimi etmirsə, sistem onu avtomatik olaraq yerləşdirir və bu halda, hətta oturacaq pəncərə kənarında olsa belə, əlavə ödəniş tələb olunmur. Bununla yanaşı, eyni bron daxilində olan ailə üzvləri və ya sərnişin qruplarının bir-birindən ayrılmaması AZAL üçün mühüm prinsipdir və bu qaydaya ciddi şəkildə əməl olunur. Bu cür xidmətlər müasir aviasiya sahəsində fərdiləşdirilmiş yanaşmanın bir hissəsidir”, - deyə Fərid Hüseynov qeyd edib.







Oxşar -Yeniinfo.az
Bu ailələrə pulsuz üç otaqlı ev veriləcək
Elektromobillər bahalaşır - benzinli maşınlar da ucuzlaşmır
Hər gün bir ovuc yeyin: Böyrək daşlarını atmağa kömək edir!
Paytaxtda yaşayış binasında güclü yanğın olub
Azərbaycandan Ukraynaya göndərilən generatorlar İrpinə təhvil verilib
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Alimlər uşaq allergiyaları haqqında məşhur mifi təkzib etdilər
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma