Telefon
WhatsApp
Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib
300 X 250 Reklam Alanı

Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib.

fətvada qeyd olunub ki, Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinə verdiyi məlumata, həmçinin, Türk Dövlətləri Təşkilatı – Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Müsəlman Dini İdarə Rəhbərlərinin Şurası nəzdində fəaliyyət göstərən Fətva Şurasının qəbul etdiyi fətvaya əsasən, bu il Şəvval ayının 1-i Ramazan bayramı Miladi təqvimlə martın 20-nə təsadüf edir.

"Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının fətvasına görə, imkanı olan hər bir şəxsə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Şəriətə görə, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşatmaq məramı daşıyır", - fətvada deyilir.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150