Qaraciyəri spirtli içkilərin yaratdığı zərərdən qoruya bilən meyvənin adı açıqlandı - Elmi tədqiqat
Qaraciyəri spirtli içkilərin yaratdığı zərərdən qoruya bilən meyvənin adı açıqlandı - Elmi tədqiqat
Cənubi Koreya və Çindən olan beynəlxalq alimlər qrupu, Ussuriya armudu (Pyrus ussuriensis) ekstraktının qaraciyəri həddindən artıq spirt istehlakı nəticəsində yaranan zədələrdən qoruya biləcəyini bildiriblər.
Araşdırmanın nəticələri "Food & Function" elmi jurnalında dərc olunub.
Ussuriya armudu ənənəvi olaraq xalq təbabətində həddindən artıq spirtli içkilərin qəbulundan sonra yaranan intoksikasiya vəziyyəti ("paxmel") simptomlarını azaltmaq üçün istifadə olunur. İndi onun effektivliyi elmi şəkildə təsdiq edilib. Laboratoriya testlərində "Pyrus ussuriensis" ekstraktı etanolun qaraciyər hüceyrələrinə toksiki təsirini azaltmaq qabiliyyətini nümayiş etdirib.
Alimlər qeyd edirlər ki, ekstrakt spirtin parçalanmasına və asetaldehidin səviyyəsinin azalmasına cavabdeh olan fermentləri aktivləşdirir. Asetaldehid spirtli içkilərin oksidləşməsi zamanı orqanizmdə əmələ gələn maddədir. Qanda həddindən artıq spirt olduqda, ferment sistemləri asetaldehidi tamamilə sirkə turşusuna çevirə bilmir, nəticədə o orqanizmdə toplanır və qaraciyəri zədələyir. Bundan əlavə, tədqiqatçılar bədəndə spirt mübadiləsi zamanı zərərli birləşmələrin əmələ gəlməsini artıran CYP2E1 fermentinin zəifləməsini qeyd etdilər.
Kəskin alkoqol intoksikasiyası vəziyyətində olan heyvanlar üzərində aparılan təcrübələr təsdiqləyib ki, ekstraktın təsiri qanda etanol və onun metabolitlərinin səviyyəsini və qaraciyərin iltihabını azaldır, antioksidant müdafiəni artırır. Həmçinin qaraciyərin zədələnməsinin biomarkerləri olan AST və ALT fermentlərinin əhəmiyyətli dərəcədə azalması da müşahidə edilir.







Oxşar -Yeniinfo.az
Bu ailələrə pulsuz üç otaqlı ev veriləcək
Elektromobillər bahalaşır - benzinli maşınlar da ucuzlaşmır
Hər gün bir ovuc yeyin: Böyrək daşlarını atmağa kömək edir!
Paytaxtda yaşayış binasında güclü yanğın olub
Azərbaycandan Ukraynaya göndərilən generatorlar İrpinə təhvil verilib
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Alimlər uşaq allergiyaları haqqında məşhur mifi təkzib etdilər
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma