Qaraciyərin iltihabına səbəb olan virusu 15 dəqiqə ərzində aşkarlayan üsul tapılıb
Qaraciyərin iltihabına səbəb olan virusu 15 dəqiqə ərzində aşkarlayan üsul tapılıb
ABŞ alimləri qaraciyərin iltihabına səbəb olan hepatit C virusunu cəmi 15 dəqiqə ərzində aşkar edən diaqnostik sistem hazırlayıblar.
"The Journal of Infectious Diseases" nəşrinə istinadən xəbər verir ki, bu sürətli diaqnostik proses qaraciyərə təsir edən viral infeksiyanın dərhal təsdiqlənməsinə şərait yaradır.
Məlumata görə, xroniki hepatit C dünyada təxminən 50 milyon insanı əhatə edir. Hər il isə bu xəstəlikdən təxminən 242 min insan ölür.
Ölüm hallarının əsas səbəbləri ilk növbədə sirroz və qaraciyər xərçəngidir. Müasir dərmanlar xəstəliyi iki-üç ay ərzində tam müalicə edə bilsə də, diaqnostik testlərə operativ çıxış hələ də əsas maneə olaraq qalır.
"Biz xəstənin müayinəsi zamanı birbaşa tətbiq oluna bilən diaqnostik test hazırlaya bildik. Bu, eyni gündə həm diaqnoz, həm də müalicəyə başlamağa imkan verəcək", - deyə tədqiqatın müəlliflərindən biri bildirib.
Qeyd olunur ki, standart hepatit C testi adətən daha uzun çəkir və iki mərhələdən ibarətdir: nümunənin laboratoriyaya göndərilməsi tələb olunur və bu, nəticələrin günlərlə, hətta bəzən həftələrlə gecikməsinə səbəb olur. Yeni 15 dəqiqəlik sistem isə prosesi xeyli sürətləndirir və müalicəyə başlama vaxtını əhəmiyyətli dərəcədə azalda bilər.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu