Qaradağda torpaq uçqunu nəticəsində bir nəfər ölüb, bir nəfər xilas edilib
Qaradağda torpaq uçqunu nəticəsində bir nəfər ölüb, bir nəfər xilas edilib
Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində torpaq uçqunu baş verib.
APA.az Yeni info.az xəbər verir ki,Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində müəyyən edilib ki, qazıntı işləri aparılarkən torpaq qatı çöküb və nəticədə 2 nəfər torpaq altında qalıb.
Xilasedicilərin operativ müdaxiləsi nəticəsində bir nəfər kişi xilas edilib.
Digər şəxsin meyiti torpaq altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.







Oxşar -Yeniinfo.az
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
Sosial mənzillərlə bağlı kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Ukraynadan məhsul idxalını artırdı
5 ədəd badam yeyib, sonra idman et – Sirr
0Çin maşınlarına maraq niyə azalıb? - Ekspert
Kürə görə ezam olunmuşdu, qəza törətdi: 1 ölü, 4 yaralı
XİN-də işləmək istəyənlərin nəzərinə: Qeydiyyatda yenilik...
Ağdama daha 110 ailə yola salındı